İmdad Əlizadə
İmdad Əli oğlu Əlizadə (1980, Oğuldərə, Laçın rayonu) — Azərbaycan yazıçısı, jurnalisti.
İmdad Əli oğlu Əlizadə 1980-ci ildə Laçın rayonunun Oğuldərə kəndində anadan olub.
1997-ci ildə Bakıda 265 saylı orta məktəbi bitirib. 1998-2004-ci illərdə Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsinin bakalavr və magistratura pillələrində təhsil alıb.
2004-2005-ci illərdə hərbi xidmətdə olub.
1998-ci ildən mediada çalışır. "İntibah", "Persona", "Həftə içi" qəzetlərində, "525-ci qəzet" və "Trend" İnformasiya Agentliyində işləyib. 2009-cu ildən "Media forum" saytının əməkdaşıdır.
Parlament Jurnalistləri Birliyi 2013-cü ilin ən yaxşı media quruluşları və jurnalistlərini müəyyənləşdirmək üçün keçirdiyi sorğunun nəticəsinə görə “Media forum” saytının əməkdaşı İmdad Əlizadə “İlin internet jurnalisti” adını alıb.
"Tərəqqi" medalı
"Laçın yurdu" jurnalı,№2(2),2011,Bakı,"Nurlar",2011.